1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gimnastımızdan 5 medal
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Zöhrə Ağamirova Belçikanın Gent şəhərində təşkil edilən "Happy Cup” beynəlxalq turnirində 5 medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, medallardan 4-ü qızıl, 1-i isə gümüşdür. Z.Ağamirova 27 iştirakçı arasında ilk "qızıl”ını ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Ardından, o, halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3 qızıl medala yiyələnib.
Azərbaycan idmançısı 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.
Turnirdə "yunior” proqramında Azərbaycanı təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançı 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.