
“Bakıda zalın qara fondda olmasından və işığın yalnız səhnəyə düşməsindən xoşum gəlir. Səhnəyə çıxanda nə hakimləri, nə də tribunaları görürsən. Sanki başqa dünyaya düşürsən”.
Sportnet.az xəbər verir ki, bunu bədii gimnastika üzrə Ukrayna yığmasının lideri Vlada Nikolçenko Bakıda keçirilən Avropa çempionatı haqqında danışarkən deyib.
16 yaşlı idmançı gürz və lentlə hərəkətləri çox sevdiyini bildirib: “Ancaq bu il bütün proqramdan xoşum gəlir. Topla bəzən alınmır, bunun üzərində işləyirəm. Musiqi və hərəktləri məşqçilərim seçir”.
Qeyd edək ki, mayın 16-da Milli Gimnastika Arenasında start götürən Avropa çempionatına ayın 19-da yekun vurulacaq.