Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında çıxışını başa vurub.
Sportnet.az-ın məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadədən ibarət kollektiv finalda halqalar ilə kompozisiyada bacarıqlarını nümayiş etdiriblər. Komanda 21.500 xal toplayaraq yarışı 6-cı pillədə başa vurub.
Rusiya gimnastları 24.450 xalla birinci, Ukrayna 23.400 xalla ikinci, Belarus isə 23.250 xalla üçün olub.
B
gün fərdi proqramda mübarizə aparan Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək.