Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında Finlandiya yığmasının məşqçisi zədələnib.
Sportnet.az-ın məlumatına görə, o, Reea Eraeheimo - Salla Tamper cütünün batut üzrə sinxron proqramı üzrə çıxışı zamanı xəsarət alıb.
Gimnastlardan biri tullanarkən öz sahəsindən kənara çıxıb. Onun yerə yıxılmasının qarşısını almaq istəyərkən məşqçi biləyindən zədələnib.
Qeyd edək ki, bu idman növündə yüksəklikdən enişlər zamanı sahədən kənara çıxma hallarına müntəzəm rast gəlinir.
Dünya çempionatı noyabrın 21-də başa çatacaq.