1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Polşa və Qazaxıstanda 2 medal
Polşa və Qazaxıstanda bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Sportnet.az-ın Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan gimnastları bu yarışda qızıl və gümüş medallara sahib olublar.
Yeniyetmə gimnastımız Jalə Piriyeva Polşadakı yarışda çoxnövçülük üzrə fəxri kürsünün ilk pilləsinə yüksələrək, bütün rəqiblərini üstələyib. Gümüş medalı yeniyetmələrdən ibarət qrup komandamız əldə edib. Onlar bu dəfə də hakimlər briqadasını və tamaşaçıları laqeyd qoymayıblar. Adət edildiyi kimi, pop-musiqisinin kralı Maykl Ceksonun "Smooth Criminal” mahnısının müşaiyəti ilə 5 topla çıxış alqışlarla qarşılanıb.
Qazaxıstanın paytaxtı Astanada isə Aliyə Yusupova mükafatı uğrunda hər il keçirilən turnirdə ölkəmizi Gülsüm Şəfizadə təmsil edirdi. Gimnastımız çoxnövçülükdə bürünc medal qazanaraq, ölkə bayrağını qaldırıb.