
Azərbaycanın gənclərdən ibarət qrup komandası Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə iki bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv çoxnövçülük və 5 topla hərəkətlərdə fəxri kürsüyə qalxıb.
Qrup komandası 5 topla hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq, üçüncü yeri tutub. Kollektiv 5 iplə hərəkətlərdə isə 28.500 xal toplayaraq dördüncü olub.
Azərbaycan komandası təsnifatda 5 ip (29.450) və 5 topla (29.000) hərəkətlərin cəmində isə 58.450 xal alaraq bürünc medala layiq görülüb ("Report").