1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionluq mübarizəsi və ya 109 günlük həyəcanın sonu - TƏHLİL
Hər şey fevralın 17-də başladı. Əfsanəvi futbolçumuz Nazim Süleymanovun 50 illik yubileyini qeyd etdiyi gün. İdman Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə həmin tarixdə futbol ictimaiyyəti bir araya gəldi. Məqsəd ilk növbədə 2014-cü il Braziliyada keçirilən dünya çempionatı ilə bağlı keçirilən FUTPROQNOZ layihəsinin qaliblərinin mükafatlandırılması idisə, hər şey bununla bitmirdi. Bizləri bu dəfə başqa bir mübarizə – UEFA Çempionlar Liqası (ÇL) ilə bağlı "Çempion” yarışması gözləyirdi.
16 komanda, 16 iştirakçı
Püşkatma mərasiminə dəvət olunan iştirakçılar arasında jurnalistlər, futbol funksionerləri, veteran futbolçular və hakim də vardı. Tədbirin həmin gün seçilməsi isə təsadüfi deyildi. Tədbirdə mükafatlandırılan Nazim Süleymanovun 50 illik yubileyinin qeyd olunduğu gün Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinin startı idi.
Təbii ki, qrupdan çıxan 16 komandaya uyğun 16 iştirakçı vardı. Bunlar bəndəniz – "Qəbələ Ik Qəzeti"nin əməkdaşı Mehman Süleymanovla ("Mançester Siti”) yanaşı, həmkarlarım Ceyhun Əliyev ("Bayer”, Fanat.az), Rövşən Əhlimanoğlu ("Report”, "Şaxtyor”), Vüsal Süleymanov (ANS, "Portu”), Sənan Şəfizade (ATV, PSJ), Səbuhi Musayev (Sport7.az, "Barselona”), Tahir Məmmədov ("Futbol+" qəzeti, "Çelsi”), Ergün Seyid (Qol.az, "Atletiko”), Elsevər Məmmədov (Qafqazinfo.az, "Monako”), veteran futbolçular Oqtay Abdullayevlə ("Bavariya”) Nazim Süleymanov ("Real”), "Bakı”nın icraçı-direktoru Yaşar Seyidov ("Şalke”), "Xəzər Lənkəran”ın nümayəndəsi Ramil Cahangirov ("Borussiya” Dortmund), FİFA hakimi Əliyar Ağayev ("Yuventus”), baş sponsor "Kolizey İnşaat”ın nümayəndəsi Aqşin Əliyev ("Bazel”) və 104 FM-dən Ağa Əliyev ("Arsenal”) vardı. Qaydaya görə, hesabı düz tapan 3, top fərqini düzgün müəyəynləşdirən 1 xal qazanırdı.
İki dəfə "doqquzluğa" vura bildim
Beləcə ÇL-in pley-off mərhələsinin iştirakçıları kimi, bizlər də mübarizəyə atıldıq. Hər birimizin bəxtinə bir komanda düşdüsə, onun irəliləməsi təmsilçilərinin də qabağa getməsi demək deyildi. Yəni əsas məsələ komanda kimi sənin də cütün qalibi olması idi. Təsadüfi deyil ki, turniri sonda qazanan "Barselona” olsa da, onu səbətdən çıxaran Səbuhi elə 1/8 finalda mübarizəni dayandırdı. Bu isə bəndənizinə uduzması nəticəsində gerçəkləşdi. Sən növbəti mərhələyə çıxırdınsa, həmin cütün qalibi olan komandanı təmsil edəcəkdin. Necə ki mən mübarizəni dayandıranadək "Barsa"yla yoluma davam etdim. Fanatı olduğum bu komandamın payıma düşməsi daha ürəyimcə idi. Elə "Barsa” da qalibə düşərli oldu. Çünki Vüsal Süleymanov sonda məhz bu komandayla çempion oldu.
Həqiqətən həyəcanlı bir yarışma idi. Oyunların keçirildiyi gün proqnoz verdiyin hesaba, ən pis halda top fərqinə azarkeşlik edirdin. Elşən Məmmədovun təbirincə desək, debütdəcə "doqquzluğa” vura bildim. "Barsa”nın İngiltərədə 2:1-lıq qələbəsi qeydə alındı və hesabı düz tapa bildim. Belə yarışmalarda 3 xal qazanmaq böyük üstünlükdür və bu, mənə düz 2 dəfə kömək oldu. Çünki növbəti mərhələdə digər həmkarımdan – Sənan Şəfizadədən üstün oldum və yenə "Barsa”nın qələbəsini düz tapıdm. Ancaq bu dəfə 1/4 finalda PSJ-lə ev oyununda 2:0 hesabını. Turniri qazanmasam da, hesabı ən çox düz tapmağım iştirakçı olmağımla öyünə bilərəm.
3:1 hesabını sevən və onunla qazanan çempion
İş elə gətirdi ki, bütün rəqiblərim həmkarlarım idi. Yarımfinalda ANS-dən həmsoyadımla düşdüm. Nə Vüsal, nə də mən "Barselona” – "Bavariya” hesabı, top fərqini düz tapdı. Sadəcə, digər Süleymanovun dediyi hesablar qeydə alınan hesablara daha yaxın olduğundan, əlavə göstəricilərə görə məndən üstün oldu. Ümumiyyətlə, Vüsalın 3:1-i sevdiyini və bu hesabın da ona düşərli olduğunu müşahidə etdim. Təsadüfi deyil ki, ANS-çi son 3 matçda 3:1-lə qazandı. Finaldakı hesab daha dramatik alındı. Çünki yalnız son saniyələrdə "Barsa”lı Neymarın vurduğu qolla bu nəticə qeyd olundu. Əks təqdirdə 2:1-i deyən Əliyev yarışmanın qalibi olacaqdı.
Onu gizlətmirəm ki, finalda 14 illik dostuma azarkeşlik edirdim və hətta həlledici matçda ona rəqib olmağı çox istəyirdim. Ancaq Vüsalın da qələbəsinə az sevinmədim. İlk növbədə ona görə ki, yarışmanı həmkarımız, yəni jurnalist qazandı. Təbii ki, bunun həmsoyadım olması Süleymanovun qalib olmasına görə məni sevindirdi. Ən nəhayət, çempiona uduzmağım mənim üçün yaxşı bir təsəlli oldu. Belə götürəndə, finaladək olan 3 mərhələdə hesaba görə heç kimə yenilmədim.
FİFA hakimimiz 2-ci dəfə fərqləndi
Mənim kimi mübarizəni yarımfinalda dayandıran Əliyar Ağayevə də toxunmaq istərdim. Öz aramızdır, FİFA referimiz belə yarışmalarda yaxşı bacarığı var. Belə olmasaydı, FUTPROQNOZ-da 2-ci olan gənc Ağayev 2-ci dəfə fərqlənməzdi. Yeri gəlmişkən, ÇL-dən fərqli dünya çempionatında 3-cü yer uğrunda oyun olduğundan, ona iddia edə bilirsən. Ancaq Əliyarla mən belə imkana malik ola bilmədik.
Bəli, 109 gün davam edən həyəcanlı yarışma artıq tarixin yaddaşına köçdü. Biz iştirakçılara qalibləri təbrik etmək, təşkilatçılara minnətdarlıq etmək qalır. Çünki onların sayəsində proqnozda qüvvəmizi sınamaq, həyəcanı yaşamaq fürsəti qazandıq. Bu, elə bir yarışma idi ki, mübarizənin gedişatı göz qabağında idi və hər birimiz hər birimizin uğuruna sevinirdik. İndi bizləri qalibləri, fərqlənənləri təbrik etmək üçün mükafatlandırma mərasimini gözləmək qalır. İnanıram ki, həmin gün bizi növbəti yarışma həyəcanı gözləyəcək. Axı Elşən Məmmədov sürprizləri sevən bir insandır...