
Ukrayna və Azərbaycan milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb.
Sportnet.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sebastyan Gishammerə Ronald Ridel və Santino Şreyner yan xətt, Valter Altmann dördüncü hakim, Manuel Şuttenqruber VAR hakimi, Kristian-Petru Çokirko VAR hakiminin köməkçisi qismində yardımçı olacaq.
Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərindəki "Krakoviya" stadionunda təşkil olunacaq Ukrayna - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.