Bu gün "Buta Palace”də 2014-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib. Sportnet.az-ın məlumatına görə, idman ictimaiyyəti nümayəndələrinin qatıldığı təntənəli mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ardından il ərzində idman sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs edən film nümayiş etdirilib. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, başa çatmaqda olan ilin Azərbaycan idmanı üçün əlamətdar hadisələrlə yadda qalıb. O, il ərzində beynəlxalq yarışlarda 805 medalın qazanıldığını və bunlardan 275-inin qızıl medal olduğunu xüsusi vurğulayıb. A.Rəhimov bu göstəricinin hər gün dövlət himni və bayrağının dünyada dalğalanmasının göstəricisi kimi dəyərləndirib.
Nazir gələn il Bakıda I Avropa Oyunlarının keçiriləcəyini bildirərək, bu yarışın paytaxtın simasını dəyişdirəcəyini vurğulayıb. Bununla yanaşı, A.Rəhimov gənc nəslin yetişdiyini diqqətə çatdırıb: "Çinin Nanjinq şəhərində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qazanılan nəticələr - 204 ölkə arasında 10-cu yer bunun sübutudur. İdmançılarımız tərləri, canları və hətta qanları hesabına döyüşlərə hər zaman hazır olduqlarını nümayiş etdirirlər”.