Dünən İdman
Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri” layihəsinin yekunları ilə əlaqədar
mükafatlandırma mərasimi keçirib. Sportnet.az xəbər verir ki, "Report"un
informasiya dəstəyi ilə və "Kolizey İnşaat"ın sponsorluğu ilə
"Demirchi Tower”də təşkil olunan tədbirdə"ən yaxşı” seçilənlər
mükafatlandırılıb.
Ən yaxşılar isə jurnalistlər arasında keçirilən
sorğuya əsasən müəyyənləşib. "İlin idman xadimi” nomnasiyasında Gənclər və İdman Naziri Azad Rəhimov
ən yaxın izləyicisi Fazil Məmmədovu 7 səs qabaqlayaraq birinci olub.
İlin yerli idmançısı isə sərbəst güləş üzrə dünya və
Avropa çempionu Hacı Əliyev seçilib. O, ən yaxın izləyicisi Boris Yotovu 32 səs
çoxluğu ilə qabaqlayıb.
İlin yerli futbolçusu "Qarabağ”ın və milli
komandamızın yarımmüdafiəçisi Qara Qarayev olub. Gənc futbolçu bu nominasiyada ən
yaxın izləyicisi olan komanda yoldaşı Bədav Hüseynovu 6 səs üstələməyi bacarıb.
Ilin əcnəbi futbolçusu nominasiyasında "Qarabağ”ın
braziliyalı yarımmüdafəçisi Riçard Almeyda 16 səslə birinci olub. O da Qara Qarayev kimi
öz komanda yoldaşı Reynaldonu üstələyib.
İlin ən yaxşı komandası da Avroliqada uğurlu çıxışı
ilə hamımızı sevindirən "Qarabağ” olub. Bu nominasiyada Ağdamlılara rəqib
tapılmayıb.
İlin ən yaxşı baş məşqçisi də Avroliqanın qrup mərhələsinə
vəsiqə qazanan "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov olub. Bu nominasiyada Ağdam klubunun 40 səsinin qarşılığında yalnız bədii gimnastika üzrə qrup hərəkətləri üzrə komanda 1 səs toplaya bilib.
İlin ən yaxşı jurnalisti "Komanda.az” saytının redaktoru Natiq Muxtarlı seçilib. O ən yaxın izləyicisi Emin Abbasovu 1 səs üstələyə
bilib.
İlin ən yaxşı mətbuat katibi "Qarabağ”da çalışan Nurlan İbrahimov olub. O, ən yaxın izləyicisi Mayis Musayevi
10 səs keçərək birinci olub.