
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum gününü təbrik edib. Sportnet.az "AzərTac"a istinadən xəbər verir ki, o, bu münasibətlə ölkə başçısına məktub göndərib.
Martel həmçinin 2015-ci ildə Bakıda keçirləcək Avropa oyunlarının təşkilatçılığında birgə çalışmaq istədiklərini göndərdiyi məktubda qeyd edib: "Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq".