Azərbaycan Yeni İlə qədəm qoydu. Atəşfəşanlıqla, şadyanaqlıqla. Hər ikisi həm də idman ovqatını ifadə edir. Bəlkə də simvolik anlamlıdırlar. Axı 2015-ci il ölkə idmanı üçün adi illərdən olmayacaq. İyunun 12-də - düz 163 gün sonra Bakıda I Avropa Oyunları start götürəcək. 50 ölkənin iştirakı ilə, atəşfəşanlıqla. Sonunun şadyanalıqla olması isə Azərbaycan idmançılarının göstərəcəyi nəticələrdən asılı olacaq.
Bu il həm də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli əksər yarışlara start veriləcək. Elə bəzi lisenziyaları Avropa Oyunlarında qazanmaq mümkün olacaq. Odur ki, bizi bu il daha böyük qələbələr gözləyir.
Yeni İliniz mübarək!