İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışmasında ilk "separat danışığ”ın qarşısı alınıb. Sportnet.az-ın məlumatına görə, İngiltərə - İtaliya matçına proqnoz verməli olan jurnalistlərdən Əli Sahib (Fanat.az) Tural Xudiyevə ("Space”TV) eyni hesabı deməyi təklif edib.
Lakin Xudiyev razı olmayıb. Tanınmış jurnalistlər Sportnet.az-a açıqlamasında məsələyə belə aydınlıq gətiriblər:
Lakin Xudiyev razı olmayıb. Tanınmış jurnalistlər Sportnet.az-a açıqlamasında məsələyə belə aydınlıq gətiriblər:
Tural Xudiyev: "Əli Sahib mənə zəng vuraraq, "gəl köməkli şəkildə D qrupundan ikimiz çıxaq. Cahangir Həsənzadə və Ceyhun Sultanovdansa 1/8 finalda jurnalistlər təmsil olunsun” dedi. Lakin mən danışığa getmədim”.
Əli Sahib: "Bəli, bu, həqiqətdir. Turala zəng vurmuşam. Lakin səbəb bir qədər fərqli idi. Dedim: "Həmkarsan, Ceyhun və Cahangirdənsə, sənin 1/8 finala çıxmağın mənə daha xoş gələr. Mən onsuz da, növbəti mərhələyə yüksələcəyəm. Gəl, sənə də köməklik edim". Amma nə edim ki, razılaşmadı”.
Hər iki jurnalist onu da əlavə edib ki, bu açıqlamalar sadəcə, yarışmaya duz qatmaq məqsədi daşıyıb və bir-birilərinə olan zarafatyana münasibətdən irəli gəlib.
Hər iki jurnalist onu da əlavə edib ki, bu açıqlamalar sadəcə, yarışmaya duz qatmaq məqsədi daşıyıb və bir-birilərinə olan zarafatyana münasibətdən irəli gəlib.
Qeyd edək ki, Əli Sahib İngiltərə - İtaliya matçının 1:1 hesablı heç-heçə ilə nəticələnəcəyini, Tural Xudiyev isə İtaliyanın 2:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırıb.