İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında 1/4 final mərhələsinin ilk 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, 4 iştirakçıdan yalnız 1-i aktivinə xal yaza bilib.
Bu, "Fanat.az"ın əməkdaşı Ceyhun Əliyevdir. İspaniya "Atletiko"sunu təmsil edən Əliyev "Real Madrid" adı altında yarışan "Bakı" klubunu icraçı direktoru Yaşar Seyidovu məğlub edib - 1:0. O, matçın nəticəsini olmasa da, top fərqini düz tapıb.
İtaliya "Yuventus"unu təmsil edən FİFA referisi Əliyar Ağayevin Qafqazinfo.az saytındakı həmkarımız Elsevər Məmmədovla duelində isə xal qazanan olmayıb. Çünki hər iki tərəf nəticəni düz tapmayıb. Bununla belə, Ağayevin proqnozuna uyğun olaraq, "Yuventus" qalib gəldiyi üçün hakim əlavə göstərici üstünlüyü əldə edib.
Çempion yarışması
1/4 final, ilk görüşlər
"Yuventus" (İtaliya) - "Monako" (Fransa) - 1:0
Əliyar Ağayev (FİFA referisi) - Elsevər Məmmədov (Qafqazinfo.az) - 0:0
Əliyar Ağayev: "Yuventus" - "Monako" - 2:0
Elsevər Məmmədov: "Yuventus" - "Monako" - 1:1
"Atletiko" (İspaniya) - "Real Madrid" (İspaniya) - 0:0
Ceyhun Əliyev (Fanat.az) - Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru) - 1:0
Ceyhun Əliyev: "Atletiko" - "Real Madrid" - 1:1
Yaşar Seyidov: "Atletiko" - "Real Madrid" - 2:1