İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında 1/4 final mərhələsinin ilk görüşlərindən daha 2-si bu gecə baş tutub. Sportnet.az-ın məlumatına görə, keçirilən qarşılaşmaların 4 iştirakçısından 3-ü jurnalist olub.
Portuqaliya "Portu"sunu təmsil edən ANS-çi Vüsal Süleymanov Almaniya "Bavariya"sının "nümayəndəsi" Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə üz-üzə gəlib. Hesabı və top fərqini düzgün təxmin etməyən tərəflər ilk oyundan sonra xalsız qalıblar. Lakin "Portu" qol vurduğu üçün üstünlük ANS-çiyə verilib.
Fransa PSJ-sinin təmsilçisi, ATV-nin əməkdaşı Sənan Şəfizadə isə İspaniya "Barselona"sının "Qəbələ" İK qəzetində çalışan "nümayəndə"si Mehman Süleymanovla üz-üzə gəlib. Digər oyunda olduğu kimi bu qaşrılaşmada da iştirakçılar xalsız qalıb. Lakin Şəfizadə hesaba ən yaxın nəticəni təxmin etdiyi üçün cüzi üstünlük qazanıb.
"Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya) - 3:1
Vüsal Süleymanov (ANS): "Portu" - "Bavariya" - 1:2
Oqtay Abdullayev (Futbol Veteranları İttifaqının sədri): "Portu" - "Bavariya" - 0:1
PSJ (Fransa) - "Barselona" (İspaniya) - 1:3
Sənan Şəfizadə (ATV): PSJ - "Barselona" - 1:2
Mehman Süleymanov ("Qəbələ" İK): PSJ - "Barselona" - 1:1
Qeyd edək ki, cüzi üstünlük cavab görüşlərində də iştirakçıların eyni xala malik olacaqları təqdirdə qüvvəyə minəcək.