İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında yarımfinal mərhələsinin cavab oyunları həyəcanı başlanır. Sportnet.az-ın məlumatına görə, bu gün keçiriləcək ilk qarşılaşmada 2 jurnalist üz-üzə gələcək.
ANS-ın əməkdaşı Vüsal Süleymanov Almaniya "Bavariya"sını, "Qəbələ İK" qəzetinin yazarı Mehman Süleymanov İspaniya "Barselona"sını təmsil edəcək. "Bavariya" ilk görüşdə darmadağın olsa da, bu, Mehmana xal qazandırmayıb. Düzdür, Vüsal da xalsız qalıb, amma o, "Barsa"nın 3 qol vuracağını (3:1) düzgün təxmin etdiyindən, əlavə üstünlük əldə edib. "Bavariya"nın 1:2 hesabı ilə uduzacağını deyən Mehmanın bu dəfə proqnozunda daha düşünülmüş qərar verməsi gərəkirdi. O da uzun müddət fikirləşdikdən sonra hesabı belə deyib: 1:1. Əvəzində Vüsal bu dəfə "Bavariya"nın 3:1 hesabı ilə qalib gələcəyini iddia edib.
"Çempion" yarışması
Yarımfinal, cavab görüşü
23:45. Vüsal Süleymanov ("Bavariya") - Mehman Süleymanov ("Barselona")
Vüsal Süleymanov (ANS) - 3:1
Mehman Süleymanov ("Qəbələ" İK) - 1:1
İlk görüş
Mehman Süleymanov ("Barselona") - Vüsal Süleymanov ("Bavariya") - 0:0
Mehman Süleymanov - 2:1
Vüsal Süleymanov - 3:1
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 3:0.