1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ANS-in əməkdaşı finalda!
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında ilk finalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, ANS-in əməkdaşı Vüsal Süleymanovdur.
Yarımfinalda Almaniya "Bavariya"sını təmsil etmiş V.Süleymanov adaşı, İspaniya "Barselona"sının nümayəndəsi olan "Qəbələ İK" qəzetinin yazarı Mehman Süleymanovu üstələyib. İlk görüşdə olduğu kimi, cavab qarşılaşmasında da Süleymanovlardan heç birinin proqnozu düz çıxmayıb. Bununla belə, "Bavariya" 3 qolla qalib gəldiyindən, onun təxmini nəticəyə daha yaxın olub. Vüsal ilk görüşdə də əlavə göstəricidə üstün olduğundan, finala yüksəlib.
V.Süleymanovun həlledici qarşılaşmadakı rəqibi bu gecə yarımfinal mərhələsinin İspaniya "Real Madrid"i ilə İtaliya "Yuventus"u, daha dəqiqi, jurnalist Ceyhun Əliyevlə FİFA referisi Əliyar Ağayev arasında keçiriləcək cavab görüşündən sonra müəyyənləşəcək.
"Çempion" yarışması
Yarımfinal, cavab görüşü
23:45. Vüsal Süleymanov ("Bavariya") - Mehman Süleymanov ("Barselona") - 0:0
Vüsal Süleymanov (ANS) - 3:1
Mehman Süleymanov ("Qəbələ" İK) - 1:1
"Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 3:2
İlk görüş
Mehman Süleymanov ("Barselona") - Vüsal Süleymanov ("Bavariya") - 0:0
Mehman Süleymanov - 2:1
Vüsal Süleymanov - 3:1
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 3:0.