
“Mən Azərbaycandayam, Bu qədər azarkeş qarşısında uduza bilməzdim. Yaşasın Azərbaycan”!
Sportnet.az xəbər verir ki, bunu azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyev Çilidən olan İqnasio Baxamondesi məğlub etdiyi Bakı “UFC Döyüş Gecəsi”ndən sonra deyib.
"Bu xalq qalib xalqdır! Azərbaycanlı insanlar daha da xoşbəxt yaşamağa qadirdir. Azərbaycan və bu xalq daha da xoşbəxt yaşamağa qadir xalqdır", deyən Fiziyev növbəti rəqibinin kim olmasının özü üçün fərq etmədiyini vurğulayıb: "Bunu deyə bilmərəm. Amma eşitmişəm ki, İlon Maskın raketləri ilə problemləri var. Mən raket adamam, məni Aya göndərə bilərsiniz”.