1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İstəyirsən, get, Mourinyonu gətir..." - MÜSAHİBƏ
"Qəbələ” klubunun yeni transferi Ruslan Əmircanovun Sportnet.az-a müsahibəsi
- "İnter”dən ayrıldınız və artıq "Qəbələ”nin uğurları üçün çalışacaqsınız. Yeni klubunuzda fərqli, daha güclü Ruslan Əmircanov görə biləcəyik?
- Bu, birinci növbədə məndən asılıdır. Özümü yaxşı tərəfdən göstərməliyəm. "İnter”də baş məşqçimiz məni tanıyırdı. Zəif də oynasam, güclü də oynasam, mənə həmişə meydanda şans verirdi. Yeni klubuma gəldikdə, burada hələ bilinmir ki, baş məşqçi kim olacaq. Əslində, kim olursa-olsun, gərək hər bir futbolçu özünü yaxşı tərəfdən göstərə ki, əsas heyətdə özünə yer tapa bilsin. Hesab edirəm ki, nə qədər çox çalışsam, bu mənim üçün xeyirlidir. Qarşıda Avropa Liqası və çempionat oyunları var. Öz üzərimdə çalışıb, əvvəlki formamı qaytara bilsəm, "Neftçi”də, "İnter”də komandama necə kömək edirdimsə, "Qəbələ”yə öndan da artıq kömək edə biləcəm.
- "Qəbələ” ötən mövsüm Premyer Liqada brünc mükafatı qazandı, Azərbaycan Kubokunda isə finala yüksəldi. Gələn mövsüm yeni komandanızdan daha böyük uğurlar gözləyirsiniz?
- "Qəbələ” elə yarandığı gündən həmişə çalışıb ki, yüksək yerlər üçün oynasın. Bilmirəm gücləri çatmırdı, yoxsa nəyə görəsə komanda yuxarı pillələrdə özünə yer tuta bilmirdi. Amma Yuri Syominin gəlişindən sonra komanda başqa cür oyunamağa başladı. İlk dövrəni 1-ci yerdə başa vurdular. Qış fasiləsindən sonra hamı deyirdi ki, "Qəbələ” çempion kimi görünür. "Qəbələ”, "Qarabağ” və "Neftçi” çempionluq uğrunda mübarizə aparırdı. Amma "Qəbələ" mövsümü 3-cü yerdə başa vurdu. Rəhbərlik də həmişə çalışır ki, komanda yüksək yerlər uğrunda mübarizə aparsın. İndi yeni baş məşqçi də gələndə başını qatmaq üçün gəlmir ki... Rəhbərlik onun qarşısına məqsəd qoyacaq ki, komandamız yüksək yerlər üçün oynasın, çempion olsun. Ona görə də növbəti mövsüm "Qəbələ”dən daha uğurlu nəticələr gözləmək olar. Əvvəla bu, elə futbolçuların özlərindən asılıdır. İstəyirsən, get Mourinyonu gətir, meydana çıxıb iş görən futbolçudur. Hər şey futbolçulardan asılıdır. Futbolçu üçün zəif və ya güclü baş məşqçinin fərqi yoxdur. Tapşırıqları yerinə yetirən futbolçulardır. Gərək biz tapşırıqların hamısını yerinə yetirək. Başqa cür mümkün deyil.
- Sizcə, hazırda "Qəbələ”yə necə baş məşqçi daha çox kömək edə bilər: çox səviyyəli xarici, yaxud yerli?
- Belə baxanda, biz futbolçular kimik ki? Biz futbolçular robot kimiyik. Fərqi yoxdur baş məşqçi ingilis, yaxud ispan olsun. Özümüzdə də, xaricdə də yaxşı mütəxəssislər var. O işə də klub rəhbərliyi baxır. Futbolçuların bu məsələyə qarışmağı heç düzgün deyil. Mən də onların işinə əsla qarışmaram. Rəhbərlik tərəfindən iş aparılır. Kimi məsləhət görəcəklər, o, da gələcək. Biz də gələn baş məşqçi ilə razılaşıb, onunla çiyin-çiyinə, komanda şəklində mübarizə aparmalıyıq. Çempionatdan əvvəl də Avroliqa oyunlarımız var. Baş məşqçimiz gələndən sonra məşqlər də normal keçəcək, təlim-məşq toplanışı da təyin olunacaq. Hamımız can-başla çalışacağıq ki, "Qəbələ”ni Avroliqada layiqincə təmsil edək.
- Azərbaycan millisinin ABŞ toplanışına çağırılmamağınızın səbəbi nə idi?
- Çempionat oyununda zədələnmişdim. Belimdən zədə almışdım və 7-8 tur oynaya bilmədim. Millimizin məşqçiləri də hər dəfə zədəmlə bağlı komanda həkimlərimizdən məlumat alırdılar. Son iki oyunda iştirak etdim. "Qəbələ” ilə oyunda 1 hissə oynadım, sonra məşqçi məni əvəzlədi.
- Bəs millimizin ABŞ-la keçirdiyi yoxlama oyununu izlədinizmi?
- Bəli, səhər tezdən durub, baxmışam.
- Komandamızın oyunu Sizə necə təsir bağışladı?
- Mən də milli komandanın üzvüyəm. İndi durub, futbolçuların hamısını pisləyim ki, yaxşı oynamadılar? Bu, düzgün çıxmaz. Mahir Şükürovun, İlkin Qırtımovun yerində mən də oynaya bilərdim. Onda da komandamız uduza bilərdi. Mən orda yoxam deyə, komandamızı pisləmək düzgün deyil. Bu oyun da yoldaşlıq görüşü idi. Baş məşqçi də təzə futbolçulara şans verirdi ki, görsün kim necə oynayır. Burada əsas olan nəticə deyil. Lap milli 0:5 hesabı ilə uduzsun. Əsas odur ki, baş məşqçi futbolçularının hazırlıq dərəcəsini yoxlasın. Nəticədə oyun istədiyimiz kimi alınmadı, 0:2 hesabı ilə məğlub olduq. Millimiz istədiyi kimi oynaya bilmədi. Yəni zəif çıxış etdi. Yenə də deyirəm, o uduzmağı elə də böyük problemə çevirmək lazım deyil. İlk oyundur, yoldaşlıq görüşüdür. Çempionat qurtarıb və hamı yorğundur. Millimizin oyunçuları bir mövsüm oynayıblar. Ola bilsin, yorğunluq vardı. Hamı da dincəlmək istəyir. Biz robot deyilik ki, elə il boyu oynayaq. Mən belə fikirləşirəm.
- Millimizin oyunu ilə bağlı tanınmış futbol mütəxəssisi Əfqan Talıbovla da danışmışıq. O deyir ki, komandamızın sağ cinah müdaifəsi çox zəif təsir bağışladı, rəqib o tərəftən çoxlu hücümlar təşkil edirdi. Oyunu izləyərkən, heç öz-özünüzə dedinizmi ki, mən orada olsaydım, buna imkan verməzdim?
- (Gülür) Nə bilim, vallah. Əfqan müəllim baş məşqçi olub. O, futbolçuları kənardan daha yaxşı izləyə bilir. Mən deyə bilmərəm ki, o, düz deyir, ya yalan. O mütəxəssisdir, 2003-cü ildə, futbola yeni başlayarkən də mənim məşqçim olub. Amma Mahir də, İlkin də zəif futbolçular deyil. Futbolçu elə hər oyun eyni çıxışı göstərə bilməz. Bəzən görürsən, Messi də 90 dəqiqə oynayır, amma sanki meydanda heç kim yoxdur. Bu futboldur, hamı da zəif oynaya bilər. Bunu əvvəlcədən proqnoz vermək olmur. Mən də futbolçuyam, futbolçuların tərəfini tutmaq üçün bunları demirəm. Əfqan müəllim də vaxtilə futbolçu olub, o da futbolçuları yaxşı başa düşür. Bəzən oyuna çox istəkli hazırlaşırsan, amma meydanda heç nə edə bilmirsən. Bəlkə elə mən olsaydım, onlardan da zəif oynayardım?
- Kamran Ağayevlə yaxşı münasibətiniz var. Qəbələyə keçidinizdə Kamran amili rol oynadımı?
- Rol oynadı deyəndə ki, Kamran orada oynadığı üçün "Qəbələ"dəki vəziyyəti soruşdum. O, da dedi ki, maşallah, hər şey yaxşıdır, heç bir problem yoxdur. Rəhbərlik tərəfindən də dəstək var, futbolçular arasındakı münasibətlər də yaxşıdır. Heç ondan soruşmasam da, mən o komandanı tanıyıram. Vitse-prezident Fariz Nəcəfovu da tanıyıram, baş menecer Zaur Əzizovu da. Hamısı ilə də aram yaxşıdır. O komandanın başının üstündə elə adamlar dayanıb ki, orada heç bir problem ola bilməz. Amma yenə də Kamrandan da soruşdum. O da dedi ki, gəl, bu komandaya yaxşı azərbaycanlı futbolçular lazımdır. Dedi ki, gəlsən, yaxşı olar. Amma mənim də oraya getmək fikirim vardı. Yalnız Kamranın tövsiyəsinə əsasən getməmişəm.
- "İnter”dən ayrılmağınızla bağlı nə deyə bilərsiniz? Söz-söhbət gəzir ki, "Qəbələ”ni pula görə seçmisiniz?
- O məsələ ilə bağlı deyə bilərəm ki, indi Mingəçevirdəki evimizdəyəm. Bura evimizə yaxındır, elə ona görə də gəldim Qəbələyə. 2002-ci ildən güclülər dəstəsində çıxış edirəm, amma evdəkilərin üzünü görə bilmirdim. Yalnız bayramdan-bayrama görüşə bilirdik. Bizim bu "Energetik” komandası da düzəlmir ki, mən elə Mingəçevirdə oynayım, evimə gedim yatım. Qəbələdən buraya 1 saat, saatyarımlıq yoldur. Maaşım da elə deməzdim ki, dəhşətlidir, "İnter”dən çox pul verirlər. Demək olar ki, eyni məbləği alacağam. Sadəcə, Qəbələ evimizə daha yaxındır.
Elmar VƏLİYEV