
Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxacaq.
Parataekvondo
58 kq, K44
İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:27-də başlayacaq.
Qeyd edək ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.