
Azərbaycanın III MDB Oyunlarında hədəfləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Oyunların Milli Mətbuat Katibi Arzu Hüseynova Oyunların mətbuat konfransında bildirib.
O, Azərbaycan idmançılarının Minskdə keçirilən II MDB oyunlarında 62 medal qazandığını xatırladıb: “Səhv etmirəmsə, idmançılarımız vətənə 62 medalla dönmüşdülər.
Bu, gözəl rəqəmdir. III MDB Oyunlarında da qarşımıza yüksək hədəflər qoymuşuq”.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda Azərbaycanın 7 bölgəsində - Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq.