1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz gümüş medal qazandı - YENİLƏNDİ
Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov ölkənin aktivinə gümüş medal yazdırıb.
Orucov finalda yaponiyalı Ono Şohei ilə qarşılaşıb. Lakin idmançımız rəqibi ilə bacarmayıb. Nəticədə Orucov dörd illiyin ən mötəbər yarışında ikinci olub.
25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına yenib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə R.Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbə qazanıb. Orucov 1/4 finaldakı rəqibi Mikloş Unqvarini (Macarıstan) vazari, yarımfinalda isə İsrail təmsilçisi Sagi Mukiyə 1 yuka xalı ilə qalib gəlib.
----------------------------------------------------------------------------
20:00. Rüstəm Orucov yarımfinalda!
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına yenib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə R.Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbə qazanıb.
Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Orucov vazari xalı hesabına qalib gəlib.
Yarımfinalda rəqib israilli Sagi Muki olacaq.
-------------------
19:07.
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 1/4 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına yenib. Növbəti mərhələdə isə rəqib Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub.
Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) cütünün qalibi olacaq.
----
17:46. Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov ilk görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı 1/16 finalda Didar Xamza ilə qarşılaşıb.
Görüş Orucovun qələbəsi ilə yekunlaşıb. Rəqibi 3 dəfə cərimələndiyi halda, onda bu göstərici 2 olduğu üçün mərhələ adlayıb. Növbəti mərhələdə rəqib Ceyk Bensted (Avstraliya) olacaq.