1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünyada 12-ci, keçmiş SSRİ-də 2-ci
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdoçuların mübarizəsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, 7 gün ərzində 136 ölkədən 390 idmançı mübarizə aparıb.
Onlardan 237 kişi, 153 qadın cüdoçu 14 çəki dərəcəsində çıxış edib. Azərbaycan kişilərin mübarizəsində 7 çəkidən 6-da təmsil olunub. Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) timsalında 2 gümüş medal qazanan heyətdən Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 7-ci yeri tutub. Nicat Şıxəlizadə (66 kq) və Uşangi Kokauri (+100 kq) isə ikinci görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
Bu nəticə ilə Azərbaycan komanda 12-ci yeri tutub. Ümumilikdə 24 ölkənin medal qazandığı siyahıda birinci yeri 3 qızıl, 1 gümüş, 8 bürünc medalla Yaponiya tutub. Cüdonun vətəninin təmsilçiləri yalnız 4 çəkidə medalsız qalıb. Fransa 2 qızıl, 2 gümüş, 1 bürünc medalla 2-ci, Rusiya 2 qızıl, 1 bürünc medalla 3-cü yeri tutub.
Keçmiş SSRİ respublikalarından yalnız Rusiyadan geri qalan Azərbaycan 1 gümüş, 1 bürünc medala malik Gürcüstan və Qazaxıstanı da üstələyib.
Kişilərin mübarizəsində isə Azərbaycan Yaponiya (2, 1, 4), Rusiya (2, 0, 0), Fransa (1, 0, 1), İtaliya (1, 0, 0) və Çexiyadan (1, 0, 0) sonra 6-cı olub.