Azərbaycanda qarşıdakı 4 ildə idman obyektlərinin tikintisinə xərclənəcək vəsait açıqlanıb.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərilir ki, gələn il bu xərc 330 milyon 300 min manat olacaq.
2018-ci ildə xərclər 16 milyon 717 min 700 manat, 2019-cu ildə 21 milyon 734 min manat, 2020-ci ildə isə 23 milyon 931 min 100 manat təşkil edəcək.
Qeyd edək ki, xərclər əsaslı vəsait qoyuluşu hesabına ödəniləcək.