İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) yeni prezidenti müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “facebook” səhifəsində yazıb.
İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Assambleyasında baş tutan prezident seçkisində şahzadə Abdulaziz bin Turki al-Faysal rəhbər posta seçilib. O, 4 il müddətində bu vəzifəni tutacaq.
Qeyd edək ki, bir müddət əvvəl Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx İHİF-in prezidenti postundan istefa verib.