2020-ci ildə Azərbaycanda keçirilmiş idman yarışlarının sayı açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin hesabatında bildirilib.
Nazirliyin təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkədə 64 yerli, 12 isə beynəlxalq yarış təşkil edilib.
Yığma komandaların isə 68 beynəlxalq yarışda iştirakı təmin olunub.