
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.
Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.
-------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 72 kq-da yarışan idmançı finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.
--------------------------------------
Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da rəqib qazaxıstanlı Yelena Şaligina olub. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb. Manolova isə "gümüş"lə kifayətlənib.
Qeyd edək ki, Elis Manolova 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.
---------------------------------------
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da çıxış edən idmançı III turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib.
---------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da yer alan idmançı həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib.
Rəqibini 10:1 hesabı ilə məğlub edən Əzizli İslamiadanın qalibi olub.
----------------------------------------
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq-da Eldəniz Əzizli yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1 hesabı ilə qalib gəlib.
82 kq çəki dərəcəsində Rafiq Hüseynov finala gedən yolda türkiyəli Emrah Kuşanı mübarizədən kənarlaşdırıb - 2:1.
65 kq-da yarışan Elis Manolova isə yarımfinalda kamerunlu Berte Emilyeni 2:1 hesabı ilə məğlub edərək, adını finala yazdırıb.
Yunan-Roma güləşçisi Ülvü Qənizadə qırğızıstanlı Bəy Qonurbayevə 9:0 hesabıyla qalib gələrək finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, dünya mükafatçısı, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Elis Manolova isə B qrupundakı ikinci görüşündə qazaxıstanlı Yelena Şaliqinaya "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib.
------------------------------------------
Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 65 kq-da çıxış edən idmançı B qrupundakı ilk görüşündə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabı ilə qalib gəlib.
55 kq-dakı Elnurə Məmmədova isə ikinci turda digər Özbəkistan təmsilçisi Şoxida Əhmədovaya uduzub - 5:6.
--------------------------------------------
Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək, adını dörd ən güclü güləşçi arasına yazdırıb.
Taleh Məmmədov isə 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub.
Azərbaycanın daha bir titullu güləşçisi Eldəniz Əzizli (55 kq) V İslam Həmrəyliyi Oyunlarına uğurlu başlayıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 30 yaşlı dünya və ikiqat Avropa çempionu türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub.
---------------------------------------------
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start verib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.
Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.