
Sarı vərəqələr: İker Kasilyas, 65 - Stefan de Vriy, 41. Conatan de Quzman, 25. Robin van Persi, 66
Baş hakim: Nikola Ritsoli (italiya)
Start heyətlər
İspaniya: İker Kasilyas, Xerard Pike, Serxio Ramos, Andres İnyesta, Xavi
Hernandes, Xabi Alonso, Serxio Buskets, Xordi Alba, Dieqo Kosta, David Silva,
Sezar Aspilikueta.
Hollandiya:Jasper Kilessen, Vlaar, Stefan de Vriy,
Martins İndi, Daley Blind, De Yonq, Yanmat, De Quzman, Uesli Sneyder, Robin
van Persi, Aryen Robben.
Önəmli məqamlar
- DÇ-2010-da ilk matçında İsveçrəyə uduzan İspaniya, daha sonra qazandığı kubokla DÇ çempionları arasında ilk matçını uduzub çempion olan yeganə komandadı.
- İspaniya Visente Del Boskenin rəhbərliyində seçmələrlə birlikdə oynadığı 25 DÇ matçında cəmi 1 dəfə məğlub olub.
- İspaniya DÇ-dəki son 6 matçını da qələbə ilə başa vurub. Son 4 oyunda isə 1:0 hesablı qələbələr qazanıb.
- Hollandiya, qatıldığı son 7 DÇ-də də qrup mərhələsini adlayıb.
- Hollandiyanın qolçusu Robin Van Persi DÇ-2014-ün seçmələrində 11 qollaən məhsuldar futbolçu olmuşdu.
- İki komanda
arasında bu günə qədər oynanılan 9 matçın 4-də İspaniya, 4-də Hollandiya qalib
gəlib, 1 qarşılaşmada isə bərabərlik pozulmayıb.
Nikoli Ritsoli start fitini çalır və oyun başladı.
3-cü dəq. İlk dəqiqələr qarşılıqlı ötürmələr keçir.
5-ci dəq. Oyunda ilk qayda pozuntusu. Ramos yerdə qalır.
8-ci dəq. Sneyder Kasilyasla üz-üzə qalır. Matçın ilk təhlükəli epizodunda qapıçı hesabın açılmasına imkan vermir.
10-cu dəq. İnyestanın zərbəsi qapıdan aralı keçir.
13-cü dəq. Kosta İspaniyanı önə keçirmə şansını boşa verir.
17-ci dəqiqə. Mərkəzdə top uğrunda mübarizə gedir.
23-cü dəqiqə. Hollandiya kəsərsiz hücum qurur.
26-cı dəq. Kosta İspaniyaya penalti qazandırır.
27-ci dəq. QOOOOOOOL! Alonso penaltini dəqiq yerinə yetirərək İspaniyanı önə keçirir - 1:0.
32-ci dəq. Hollandiya sol cinahdan kompakt hücum qurur. Lakin topa zərbə endirən tapılmır.
35-ci dəq. Hollandiya hesabı bərabərləşdirmək üçün komanda şəklində hücum edir.
36-cı dəq. Robin van Persi oyundan kənar vəziyyətə düşür.
39-cu dəq. Robben oyundan kənar vəziyyətə düşür.
41-ci dəq. Oyunda ilk sarı vərəqə. Hollandiyadan De Vrey cəzalanır.
43-cü dəq. İnyestanın ötürməsindən sonra David Silva qapıçını keçə bilmir.
44-cü dəq. QOOOOOL! Van Persi möhtəşəm baş zərbəsi ilə komandasının bərabərlik qolunu vurur.
Fasilə
Birinci
hissənin statistikası
İspaniya Hollandiya
69% Topa nəzarət 31%
2 Künc zərbəsi 0
1 Of-sayd 4
2 Qayda pozuntusu 11
0 Sarı vərəqə 2
0 Qırmızı vərəqə 0
İkinci hissə
48-ci dəq. Stadionda yağış güclənir.
49-cu dəq. İnyestanın zərbəsini qapışı tutur.
53-cü dəq. QOOOOOL!
Robben baxımlı qolla Hollandiyanı hesabda önə keçirir.
60-cı dəq. Hollandiya sürətli əks hücum qurur. Van Persinin zərbəsi dirəkdən qayıdır.
62-ci dəq. Hollandiyada dəyişiklik.
De Quzman yerini Corcinyo Viynalduma verir.
63-cü dəq. İspaniya iki dəyişiklik birdən edir. Xabi Alonso Pedro Rodriqeslə, Dieqo Kosta isə Fernando Torreslə əvəzlənir.
65-ci dəq. QOOOOOL! Uesli Sneyderin ötürməsindən sonra De Vriy milli karyerasındakı ilk qolunu vurur və Hollandiya 3:1 önə keçir.
67-ci dəq. David Silvanın qolu of-sayd səbəbi ilə qeydə alınmır.68-ci dəq. Van Persi dubl etməyə yaxın olsa da, Kasilyas buna imkan vermir.
74-cü dəq. QOOOOOL! Van
Persinin dublundan sonra Hollandiya 4:1 önə keçir.
77-ci dəq. Hollandiyada dəyişiklik. Qol müəllifi De Vriy Yoel Veltmanla əvəzlənir.
79-cu dəq. İspaniyada dəyişiklik. Oyunun qəhrəmanlarından olan Van Persini Jermen Lens əvəzləyir.
80-ci dəq. QOOOOOL! Robben əla seyvdən sonra dubl edir. İspaniya darmadağın olur.
84-cü dəq. İspaniyaya tamamilə oyundan düşüb.
87-ci dəq. Hollandiya 6-cı qola yaxın olur. Kasilyas qola imkan vermir.
90+1. Fernando Torres boş qapını nişan ala bilmir.
Oyun bitdi.
Oyunun statistikası:
İspaniya Hollandiya
58% Topa nəzarət 42%
4 Künc zərbəsi 1
5 Of-sayd 5
5 Qayda pozuntusu 18
1 Sarı vərəqə 3
0 Qırmızı vərəqə 0