
Fransa - Honduras 3:0
Qollar: Benzema, 45-p., 72. Vallardes, 48-öz qapısına.
Start heyətlər
Fransa: 1. Uqo Loris (k), 2. Matyu Debuşi, 3. Patris Evra (sarı vərəqə-8), 4. Rafael Varan, 5. Mamadu Sako, 6. Yohan Kabaye (Mavuba-65), 8. Matyu Valbuena (Olivye Jiru-77, sarı vərəqə-45+2), 10. Kərim Benzema, 11. Antuan Qrizmann, 14. Bles Matuidi, 19. Pol Poqba (Sissoko-57, sarı vərəqə-28).
Honduras: 1. Noel Valladares (k), 3. Maynor Fiqueroa, 5. Viktor Bernardez (46-Çavez), 7. Emilio İzaqirre, 8. Vilson Palasios (sarı vərəqə-28, qırmızı vərəqə-43), 11. Jerri Benqtson (Boniek Qarsiya-46, sarı vərəqə-53), 13 Karlo Kostli, 15. Rojer Espinoza, 17. Endi Nahar (Klaros-58), 19. Qarrido (sarı vərəqə-83), 21. Brayan Bekeles.
Matçöncəsi maraqlı məqamlar
- Fransa dünya çempionatlarındaki ən böyük uğurunu ev sahibi olduğu 1998-ci ildəki mundialda çempion olaraq əldə edib.
- Fransa DÇ-2014 seçmələrində oynadığı 10 matçda 6 qələbə, 2 bərabərlik və 2 məğlubiyyətlə yadda qalıb.
- Honduras DÇ-2014 seçmələrində oynadığı 16 matçın 7-də qələbə, 5-də heç-heçə və 4 məğlubiyyətlə yadda qalıb.
- Honduras millisi DÇ-2010-da
qrup matçlarında cəmi 1 xal qazana bilmişdi.
- DÇ-2014-də ilk. Stadionda texniki problemlər yaşandı. Əvvəlcə top tapılmadı. Sonra isə komandalar himnlər səslənmədən oyuna başladı.
Matç başladı.
Autsayder Honduras gözlənilənin əksinə oyuna daha sürətli başlayan tərəfdir.
5-ci dəq. Benqtson Fransanın qapısına doğru ötürülən topa qaçır. Hakim of-sayd qərarı verir.
8-ci dəq. Oyunda ilk sarı vərəqə. Patris Evra cəzalanır.
12-ci dəq. Valbuenanın sağ cinahdan ötürməsi, qapıçı yaxşı oynayır.
15-ci dəq. Fransa qola yaxın olur. Matuidinin zərbəsi dirəyə dəyərək çölə çıxır.
19-cu dəq. Bernandez zədələnir. Oyun dayanır.
22-ci dəq. Valbuenanın qurduğu hücum zamanı Kabayenin zərbəsi müdafiəçilərə dəyərək geri qayıdır.
23-cü dəq. Debuşinin zərbəsində bu dəfə də Hondurası dirək qoldan xilas edir.
25-ci dəq. Fransanın növbəti hücumu. Benzemanın baş zərbəsi. Top qapının üstündən keçir.
26-cı dəq. Poqbanın Palasiosa qarşı böyük kobudluğu. Futbolçular aqressivləşir. Hakim oyunçuları sakitləşdirir.
28-ci dəq. Fransadan Poqba və Hondurasdan Palasios sarı vərəqə ilə cəzalandırılır.
30-cu dəq. Yarım saatın tamamında Fransanın topa nəzarətdə 63% - 37% üstünlüyü var.
42-ci dəq. Palasios Poqbaya qarşı kobudluq edir. Fransa penalti qazanır.
43-cü dəq. Palasios qırmızı vərəqə alaraq Hondurası azlıqda qoyur.
45-ci dəq. QOOOOOL! Benzema penaltini dəqiq yerinə yetirir.
45+2-ci dəq. Kabaye sarı vərəqə ilə cəzalanır.
Fasilə
Birinci hissənin statistikası
Fransa Honduras
64% Topa nəzarət 36%
3 Küncdən zərbə 0
0 Of-sayd 2
7 Qayda pozuntusu 7
3 Sarı vərəqə 2
0 Qırmızı vərəqə 1
İkinci hissə başladı.
46-cı dəq. Hondurasda iki dəyişiklik edir. Benqtsonu Qarsiya, Bernandezi Çavez əvəzləyir.
48-ci dəq. QOOOOOOL! Hondurasın qapıçısı Valladeres Benzemanın zərbəsindən sonra avtoqola imza atır.
53-cü dəq. Boniek Qarsiya sarı vərəqə ilə cəzalandırılır.
55-ci dəq. Benzema dubla yaxın olsa da, qapıçı inamlı oynayır.
57-ci dəq. Fransada Poqbanı Musa Sissoko əvəz edir.
58-ci dəq. Hondurasda dəyişiklik. Endi Nahar meydandan çıxır, onu Klaros əvəz edir.
63-cü dəq. Matuidinin təhlükəli zərbəsində top qapıdan azca aralı keçir.
65-ci dəq. Fransada Kabayeni Mavuba əvəz edir.
68-ci dəq. Hondurasın nadir hücumunda Boniekin zərbəsi qapıçı Lorisdə qalır.
72-ci dəq. QOOOOOOL! Benzema dubl edir.
77-ci dəq. Fransanın heyətində dəyişiklik edir. Valbuenanı Olivye Jiru əvəz edir.
83-cü dəq. Hondurasda Luis Qarrido sarı vərəqə alır.
88-ci dəq. Oyunda durğunluq, futbolçular nəticə ilə razılaşırlar.
90-cı dəq. Hakim əsas vaxta 3 dəqiqə əlavə edir.
90+2-ci dəq. Matuidinin zərbəsi qeyri-dəqiq alınır.
90+3-cü dəq. Oyun başa çatır.
Oyunun statistikası
Fransa Honduras
64% Topa nəzarət 36%
8 Küncdən zərbə 0
1 Of-sayd 2
3 Qayda pozuntusu 14
3 Sarı vərəqə 4
0 Qırmızı vərəqə 1