
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” - "Mladost” matçından öncə keçiriləcək mətbuat konfransı ilə açıq məşqi vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Oyundan bir gün öncə "Bakcell Arena”da "Neftçi"nin baş məşqçisi Samir Əliyev 19:30-da media nümayəndələri önünə çıxacaq. Ondan yarımsaat sonra komandanın açıq məşqi keçiriləcək.
Saat 20:30-da isə "Mladost”un baş məşqçisi Nikola Rakoyeviçin mətbuat konfransı, 21:00-da isə açıq məşq baş tutacaq.
Qeyd edək ki, "Neftçi" - "Mladost" matçı iyulun 2-də 21:00-da başlanacaq.
















































































