UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Mladost" - "Neftçi" matçı öncəsi "ağ qaralar"ın futbolçusu Ruslan Qurbanov klubun rəsmi saytımıza açıqlama verib. Sportnet.az-ın məlumatına görə, gənc hücumçu "Neftçi"nin mərhələ adlayacağına inandığını bildirib.
O deyib:
"Asan oyun olmur. Amma, mərhələni məhz "Neftçi"nin adlayacağına inaniram. Biz Monteneqroya elə-belə gəlməmişik. "Mladost" yəqin ki, müdafiədən oynayacaq. Çunki, nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək bu əla olacaq, amma, tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur".
Qeyd edək ki, "Mladost" - "Neftçi" matçı 9 iyulda Bakı vaxtı ilə 20:00-da başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |