Ermənistanın "Pünik" klubu Çempionlar Liqasının II təsnifat mərhələsinində Norveç "Molde"isə ilə ilk oyuna Türkiyənin İstanbul şəhərində hazırlaşır. Sportnet.az-ın məlumatına görə, İrəvan təmsilçisi Türkiyənin "Qrin Park" otelində iyulun 12-dək təlim-məşq toplanışı keçəcək.
Daha sonra "Pünik" Norveçə yollanacaq. İki komanda arasındakı ilk matç 14 iyulda Moldedə, cavab qarşılaşması isə 1 həftə sonra İrəvanda keçiriləcək.
Daha sonra "Pünik" Norveçə yollanacaq. İki komanda arasındakı ilk matç 14 iyulda Moldedə, cavab qarşılaşması isə 1 həftə sonra İrəvanda keçiriləcək.
Qeyd edək ki, "Pünik" Çempionlar Liqasının I təsnifat mərhələsində San Marinonun "Folqore" klubunu mübarizədən kənarlaşdırıb (2:1, 2:1).