1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İker Kasilyasın anasından sərt ittihamlar
İspaniya millisinin qapıçısı İker Kasilyasın anası "Real Madrid”ın prezidenti Florentino Peresi və klubu tənqid edib. Sportnet.az-ın məlumatına görə, Mariya del Karmen Fernandes "Portu" klubunun oğlunun səviyyəsinə uyğun olmadığını bildirib.
O deyib: "Hündür boyu olmadığı üçün oğlum heç vaxt Peresin xoşuna gəlməyib. O, Buffonu almaq istəyirdi. "Portu" bizim III divizion klubunun səviyyəsindədir. Dünya çempionu belə bir klubda karyerasını bitirməyə layiq deyil. O, daha artığına layiqdir. Mən "Barselona"ya getməsinə qarşı olmazdım, çünki orada centlmenlərdir. De Xeanın meneceri Jorje Mendeşi tanıyırsız. Onu "Real Madrid" idarə edir. Ona görə elə belə hadisələr oldu. İker sizə onunla necə rəftar olunduğunu heç deyibmi? Yox. Əlbəttə o belə xəbərləri sizlərlə bölüşməz. Öz problemlərini içində saxlayır".