UEFA 2014-2015-ci il mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizəd olan 10 nəfərlik qısa siyahını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, ilkin siyahıdan həlledici mərhələyə keçə bilməyən futbolçular arasında İspaniya "Barselona"sının türkiyəli yeni transferi Arda Turan da var.
Əvvəlki illərdə olduğu kimi, Avropanın 54 milli federasiyası 5 ən güclü saydıqları futbolçunu müəyyənləşdirərək, UEFA-ya göndərəcəklər. Onlara 5 xaldan 1 xaladək səs hesablanacaq. 3 nəfərlik finalçı avqustun 12-də, qalibin adı isə avqustun 28-də açıqlanacaq.
Əvvəllər bu ada Lionel Messi (2011), Andres İnyesta (2012), Frank Riberi (2013) və Kriştianu Ronaldu (2014) layiq görülüb.
10 namizəd bunlardır:
1. Canluici Buffon ("Yuventus", İtaliya)
2. Eden Azar ("Çelsi", Belçika)
3. Lionel Messi ("Barselona", Argentina)
4. Neymar ("Barselona", Braziliya)
5. Pol Poqba ("Yuventus", Fransa)
6. Andrea Pirlo ("Yuventus", İtaliya - "Nyu-York Siti")
7. Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya)
8. Luis Suares ("Barselona", Uruquay)
9. Karlos Teves ("Yuventus", Argentina - "Boka Xuniors")
10. Arturo Vidal ("Yuventus", Çili)