1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: ""Zərrə qədər də olsa, ümidim var"
"Komanda cavab görüşünə hazırdır və zədəli futbolçumuz yoxdur. "Atletik" komandasına yaxşı müqavimət
göstərməyə hazırlaşırıq". Sportnet.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze deyib.
Avropa Liqasının III təsnifat mərhələsində İspaniya "Atletik"i (Bilbao) ilə qarşılaşmadan öncə fikirlərini bildirən
baş məşqçi mərhələ keçəcəklərinə ümidli olduğunu deyib: "Zərrə qədər də olsa, ümidim var. Bu, futboldur və
hər şey ola bilər. Azarkeşlərimiz var və onların dəstəyini gözləyirik".
Baş məşqçi bildirib ki, klubda maliyyə problemləri olsa da, maaşlar ödənilib və futbolçular cavab görüşünə
motivasiya ilə çıxacaq.
O komandanın yeni transferi Ruslan Əmircanovdan da danışıb: "Hələ Ruslan oyuna hazır deyil və məşqlər
edir. Bir müddətdən sonra onun hansı formada olub-olmamasına baxacağıq".