"Qəbələ”nin Braziliyalı futbolçusu Dodo öz ölkəsinin "Esportes” qəzetinə açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, futbolçu açıqlamasında "Qəbələ” və "Panatinaikos” arasında oynanılacaq UEFA Avropa Liqası matçına önəm çəkərək "Qrupalara düşmək hamımız üçün həyati önəm daşıyır. "Panatinaikos”un da qruplara düşmək şansı var. Biz çalışmalıyıq ki, Yunanıstana yollanmamışdan öncə üstünlük qazanaq. Bu, asan olmayacaq. Amma, biz sona qədər özümüzə inanacayıq”. – deyə bildirib.
Dodo, həmçinin ölkəmizdə futbolun inkişafından da danışıb.
"Futbol Azərbaycanda ildən-ilə artır. Ona görə də Avropa Liqasında bu mərhələyə qədər gəlməyimiz böyük uğur kimi görünməməlidir. "Panatinaikos”u keçmək isə ciddi uğur sayıla bilər”.