"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının "pley-off" mərhələsində İsveçrə "Yanq Boyz"unu darmadağın etdikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis hamını qələbə münasibətilə təbrik edib....
- Hamını qələbə münasibətilə təbrik edirəm. Rəqibə uğurlar arzulayıram. İlk dəqiqələrdən azlıqda qaldılar. Bu da onların oyununa təsir etdi. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Bir az əvvəl "Qəbələ"nin də Yunanıstanda hesabı açdığını öyrəndik. Ümid edirəm ki, bu il Avropa Liqasının qrup mərhələsində iki komandayla təmsil olunacağıq.
- "Qarabağ" növbəti dəfə tarix yazdı. Bu cür komandanın baş məşqçisi olmaq necə hissdir?
- 6-7 ildir "Qarabağ"ın baş məşqçisiyəm. Bu illər ərzində çox stres keçirmişəm. Çünki "Qarabağ" kimi komandanın baş məşqçisi olmaq çox böyük məsuliyyət deməkdir. Qalib gələndə özümdən daha çox, azarkeşlər üçün sevinirəm.
- Yeni transferlər əcnəbi olacaq ya yerli?
- - Yeni transferlər etməyə çalışacağıq. Alınsa, əcnəbi futbolçu transfer etmək fikrindəyik.
- Ananız müsahibəsində bildirmişdi ki, belə gərgin oyunları izləyə bilmir, həyəcanlanır. Matçdan sonra onunla əlaqə saxladınız?- Hələ ki, yox. Bəlkə də mənə ən çox azarkeşlik edən elə anamdır. Uduzanda çox həyəcan keçirir. Onu öpürəm, təbrik edirəm.