1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Böyükağa Hacıyevdən millimizin legionerlərinə himn ittihamı
AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev Azərbaycan milli komandasındakı dağıstanlı legionerləri sərt tənqid edib. Sportnet.az-ın məlumatına görə, "Xəzər" TV-nin "Futbol Saatı" verilişinin qonağı olan 61 yaşlı mütəxəssis millimizin legionerlərini ölkəmizin atributlarına və qanunlarına hörmətlə yanaşmamaqda ittiham edib.
O, milliləşdirilmiş futbolçuların himnimizi oxumamalarından narazılığını belə dilə gətirib: "Mən 3 ilədək legioner həyatı yaşamışam. Hansı ölkədə işləyirsən-işlə, həmin dövlətin atributlarına, qanunlarına hörmətlə yanaşmalısan. Hər şeydən əvvəl sən o dövlətin hesabına özünü, ailəni təmin edirsən. Bəzən gənclər deyirlər ki, gəlmişəm, futbol oynadım, qurtardı-getdi. Yox! Bu gün dövlət himnimiz səslənirsə, hamıdan əvvəl kənardan gələn oyunçular bu himni əzbər bilməli və çətinlik çəkmədən oxumalıdırlar. Yoxsa deyirik ki, 4-5-i oxuyur, 3-4-ü dayanıb baxır. Yox, belə də olmaz".
Baş məşqçi Robert Prosineçkinin belə məsələlərin həllinə vaxtının olmadığını deyən Hacıyev himni əzbərlətməyin yığmada müvafiq işləri görən şəxsin üzərinə düşdüyünü söyləyib: "Yazıq Prosineçki komanda hazırlamaqla məşğuldur. Amma yəqin ki, komandada siyasi işlərə cavabdeh şəxs var. Həmin şəxs hökmən himni vərəqə yazıb yığmanın boş vaxtlarında futbolçuların hərəsinin əlinə verməlidir ki, əzbərləsinlər. Sabah himn səslənəndə hamıdan əvvəl sən ifa etməlisən. Sən Azərbaycanda futbol oynayırsansa, ölkə qanunlarına hamıdan əvvəl tabe olmalısan, atributlara hamıdan əvvəl sən hörmət etməlisən. Çünki göz qabağındasan. 10 milyonluq əhali axşam saat 9-da oturub gözlərini televiziyaya dikir ki, Azərbaycan millisinin oyununa baxsın. Bu gün demək olmaz ki, bu uşaqlar Dağıstanın hansısa bölgələrindəndirlər. Ad-soyadları da Azərbaycana tam uyğundur. İstər Mirzəbəyov olsun, istər Daşdəmirov, istərsə də Nazarov. Azərbaycanın pulunu alanda yaxşıdır, himnini oxumağa əziyyət çəkirsən?"