1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Özümü lap Bakıdakı kimi hiss etdim"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"i ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis əvvəlcə azərbaycanlı jurnalistlərin çoxluğuna diqqət çəkərək, "Burada özümü lap Bakıdakı kimi hiss elədim. Sizi burada görməyə şadam" deyib.
Qurbanov əlavə edib ki, ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq bir məşqçi kimi onun üçün çox xoşdur: "Sabah "Qarabağ" ən gözəl oyunlarından birini sərgiləməyə çalışacaq. Komanda çox həvəslidir. Ən yaxşı oyunlarımızdan birini sərgiləyib azərbaycanlı azarkeşləri sevindirməyə çalışacağıq".
- İlk dəfə Azərbaycan klubu ingilis klubu ilə qarşılaşacaq. Bu sizin üçün nə kimi çətinlik yarada bilər?
- "Tottenhem"in baş məşqçisi argentinalıdır. Uzun illər İspaniyada işləyib. Buna görə də düşünmürəm ki, "Tottenhem" ingilis futbolu nümayiş etdirəcək. Böyük ehtimalla ingilis və ispan futbolunun sintezini görə biləcəyik.
- Londondakı yağışla hava sizə nə kimi çətinlik yaradacaq? Çünki komandanızın futbolçuları belə iqlim şəraitində oynamağa öyrəşməyiblər...
- Hələ sabah havanın necə olacağını bilə bilmərik. Gəlin, sabahı gözləyək. Ona görə də iqlimlə bağlı hər hansı söz deyə bilmərəm. Yağışlı hava olarsa, bu, bizim üçün çətinlik yarada bilər. Çünki biz rəqibdən fərqli olaraq, bu cür hava şəraitində oynamağa öyrəşməmişik.
- Maksim Medvedev zədəli olanda onun mövqeyində İlqar Qurbanov oynayırdı. Amma çempionatın son turunda "Xəzər Lənkəran"la oyunda Medvedevi meydanda gördük. "Tottenhem"lə matçda futbolçulardan hansına şans verəcəksiniz?
- Hələlik bununla bağlı qəti qərar verməmişəm.
- Ən yeni futbolçulardan hər hansı birinin meydana ilk dəqiqələrdən çıxmaq ehtimalı var?
- Yeni transferlərdən hansınınsa ilk dəqiqələrdən meydana çıxmaq ehtimalı var.
- Rəqib "Qarabağ”ı böyük komanda adlandırdı. Bu haqda nə deyə bilərsiniz?
- Bu, rəqibin bizə hörmətidir. Biz də rəqiblərə heç vaxt yuxarıdan aşağı baxmamışıq. "Tottenhem"in bizə qarşı ciddi yanaşmasının göstəricisidir.