1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov indiki ilə əvvəlki "Qəbələ"ni müqayisə etdi - MÜSAHİBƏ
"Qəbələ”nin müdafiəçisi Ruslan Abışov "Rəvan"ı 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Bilirdik ki, çətin oyun olacaq. Çempionatda hər komanda digərindən xal ala bilər. "Rəvan” kimi komandalara ilk dəqiqələrdən qol vurmaq lazımdır. Bu halda işin nisbətən asanlaşır. Düzdür, qol bir az gecikdi. Amma əsas odur ki, birinci hissədə fərqləndik. Bundan sonra "Rəvan” irəli atıldı və rəqibin arxa xəttində boşluqlar yarandı. Bu da bizim üçün üstünlük idi.
- Öz oyununuz haqda fikirləriniz necədir: Artıq Ruslan Abışovun formaya düşdüyünü söyləmək olar?
- Hələ zamana ehtiyacım var. Keçmişlə bağlı artıq heç nə danışmaq istəmirəm. Məlum səbəblərdən bir müddət oynamadım. Lakin bütün bunlar keçmişdə qaldı. Hazırda yalnız yaxşı formaya düşmək haqda düşünürəm. Tez bir zamanda yenidən millinin də formasını geyinmək arzusundayam.
- Ölkə çempionatında nə qədər yaxşı oynasanız da, avrokuboklarda "Qəbələ”yə kömək edə bilməyəcəksiniz. Bu, məqam motivasiyanıza mənfi təsir göstərmir?
- Mən dən istərdim ki, Avroliqada "Qəbələ”yə kömək edim. Kənarda izləmək heç də yaxşı deyil. Lakin mənim yoxluğumda belə "Qəbələ”nin Avroliqada inamlı çıxış edəcəyini düşünürəm.
- "Rəvan”la oyunun gedişində kapitan sarğısı 3 dəfə əl dəyişdi. Aleksey Qay meydandan çıxarkən sanki baş məşqçi Roman Qriqorçuk ona sarığını Ürfan Abbasova verməsini istədi. Lakin Qay sarğını Sizə verdi. Həmin anda dəqiq olaraq nə baş verdi?
- Mən də kapitan sarğısının Ürfana verilməsinin istədim. Lakin Qay gətirib mənə verdi. Burda problemli bir şey yoxdur. Əsas qələbə qazanmaqdır ki, buna da nail olduq.
- "Qəbələ”nin çempionluq uğrunda əsas rəqibi "Qarabağ”dır” fikri ilə razısınız?
- Məncə, "Qarabağ”la yanaşı "Inter” və "Neftçi” də çemiponluq uğrunda yarışacaq. Qarşıda hələ çox oyun var. Hər oyunda qələbə qazanmaq lazımdır ki, sonda istəyimizə çataq.
- Əvvəlki "Qəbələ” ilə indiki komanda arasında fərq çoxdur?
- Təbii ki, fərq var. Komanda indi daha çox inkişaf edib. Baş məşqçinin tapşırıqlarını futbolçular hazırda daha yaxşı yerinə yetirirlər. Üstəlik, heyət də güclənib. Hazırda komandada yüksək səviyyəli futbolçuların sayı daha çoxdur. Zaman keçdikcə "Qəbələ” daha yüksək səviyyəyə çatacaq.
- Roman Qriqorçukun sənə qarşı münasibətində dəyişiklik yoxdur ki?
- Yox. Elə ilk görüşümüzdə qucaqlaşıb görüşdük. Keçmişdə olanlar keçmişdə də qalıb. Belə məşqçi ilə işləmək hər bir futbolçu üçün xoşdur.