
Avropa Liqası, qrup oyunları, II tur
1 oktyabr
00:05. "Qəbələ" - "Krasnodar"
Baş hakim: Marçin Borski
Yan xətt hakimləri: Rafal Rostkovski, Marçin Bonyek
Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda
Dördüncü hakim: Krjıştov Mırmus
Haki-inspektor: Elmir Pılav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
İxtisası maliyyəçi olan Borski 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2009-cu ilin sentyabrında Avropa çempionatının seçmə oyununda Yunanıstana qarşı keçirdiyi oyunu idarə edib. Həmin görüş millimizin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bundan başqa 2006-cı ildən beynəlxalq oyunlara təyinat alan referi 2 il sonra "İntertoto" kubokunda "Neftçi" və Slovakiya "Nitra"sı arasında keçirilmiş görüşü idarə edib. Həmin qarşılaşmada Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.