"Qəbələ" klubunun yarımmüdafiəçisi Sergey Zenyov Rusiyanın "Krasnodar" komandası ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi çətinin oyunun keçdiyini deyib.
O, bildirib ki, komanda ikinci hissəyə yaxşı başlasa da sonadək belə davam etməyib: "Epizodlardan lazımınca istifadə edə bilmədik. Reallaşdıra bilmirdik. Halbuki qol vurmaq üçün epizodlarımız oldu. Birinci hissə zəif oynadıq, səbəbini bilmirəm. Oyunu analiz edəndən sonra bunu biləcəyik. Baş məşqçimiz özü bu barədə danışacaq. Fasilədə baş məşqçi dedi ki, başınızı qaldırın və meydanda bacarığınızı göstərin. Dodonun ikiinci qolunu xatırlamağa ehtiyac yoxdur. Qol qaydalar çərçivəsində vurulsa da, hesaba alınmadı. İrəliyə baxmaq lazımdır".
O, "Qəbələ"nin qarşıdakı oyunları haqda da danışıb: "Oyunumuza davam edəcəyik. Heç nə itirlməyib. Sona kimi hər oyunda mübarizə aparacağıq".
Qeyd edək ki, "Qəbələ" "Krasnodar"la səfər matçından məğlub ayrılıb.