
Bu gün keçiriləcək daha 3 oyunla Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaaq. Sportnet.az-ın məlumatına görə, əvvəlcə ölkənin ikinci və üçüncü ən böyük şəhərlərinin komandaları üz-üzə gələcək.
"Kəpəz" komandası Gəncə şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək. Hər iki komanda son qarşılaşmalarında inamlı təsir bağışlasa da, nəticələri elə də ürəkaçan deyil. Şahin Diniyevin komandası ilk qələbəsini 3 tur əvvəl AZAL üzərində qazanıbsa, onun həmkarı Aqil Məmmədov hələ də heç bir oyundan 3 xalla ayrıla bilməyib. Hazırda "Kəpəz" 5 xalla 7-ci, "Sumqayıt" 4 xalla 4-cü pillədə qərarlaşıb. Öz aralarında oyunlarda da üstünlük gəncəlilərin tərəfindədir. "Kəpəz" indiyədək öz meydanında uduzmayıb. "Sumqayıt” son 5 qarşılaşmada yalnız 1 dəfə meydanı xalsız tərk edib.
Turnir cədvəlinin ön pillələrindəki komandalar isə bu oyundan sonra meydana çıxacaqlar. Əvvəlcə "İnter"lə "Qarabağ" qarşılaşacaq. Son iki mövsümü ilk iki pillədə başa vurmuş Ağdam və Bakı təmsilçiləri hesabat turunadək turnir cədvəlinin ön pillələrində idi. Amma "Zirə"nin "Neftçi"ni yenərək, 15 xalla liderliyə yüksəlməsindən sonra iddialı komandalar əvvəlki mövqelərini qaytarmağa çalışacaqlar. Bu cəhd istənilən halda debütantın taxtdan salınması ilə nəticələnəcək. Çünki "İnter" qalib gəlsə, xallarını 16-ya çatdıracaq. "Qarabağ" isə hətta heç-heçə təqdirində "Zirə" ilə xallarını bərabərləşdirəcək və daha çox top vurduğu üçün birinci pilləyə qalxacaq.
"Qarabağ"la "İnter" indiyədək 43 dəfə üz-üzə gəlib. Ağdam komandası son 4 qarşılaşmada qalib gələ bilməyib. Paytaxt təmsilçisi isə öz meydanında keçirdiyi son 9 matçda yalnız 1 dəfə qələbə qazanıb.
Bakıdakı matçın nəticəsi turun son oyununda "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" üçün də önəmlidir. "Qarabağ"la "İnter" meydanı heç-heçə ilə tərk etsə, baş məşqçi Roman Qriqorçukun komandası qələbə sayəsində xallarını 16-ya çatdıraraq, vahid lider olacaq. "Qırmızı-qaralar" transfer pəncərəsi bağlar-bağlanmaz "Xəzər Lənkəran"ın futbolçuları Vaqif Cavadov, Ruslan Abışov və Vüqar Nadirovla güclənib. Hər 3 oyunçu, Qriqorçuk şans verəcəyi halda, meydana çıxa bilər.
"Qəbələ" ilə "Xəzər Lənkəran" indiyədək 26 dəfə qarşılaşıb. Son iki görüşdə cənublular xal qazanmayıb. "Qırmızı-qaralar” isə son 5 ev oyununda meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası, VII tur
4 oktyabr (bazar)
16:00. "Kəpəz” – "Sumqayıt” - 3:1
Qollar: Junior Osvaldo, 9; 80. Rəşad Eyyubov, 90+1 - Uğur Pamuk, 66
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
Əvvəki qarşılaşmaları: 8 oyun, +2=2-4, top fərqi 8-11
19:00. "İnter” – "Qarabağ” - 0:2
Qollar: Ansi Aqolli, Dani Kintana, 30. Reynaldo, 90
Qırmızı vərəqələr: Giorgi Lomaya, 90 (hakimi nalayiq sözlərlə təhqir etdiyinə görə); Zurab Xizanişvili, 90+3 (hakimi nalayiq jestlə təhqir etdiyinə görə) - hər ikisi "İnter"
Qollar: Dani, 30; Reynaldo Silva, 90+3
Qolla nəticələnməyən penalti: Elvin Məmmədov, 90+2 ("Qarabağ")
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Kərim Ağayev
Bakı, "İnter Arena”
Əvvəlki qarşılaşmaları: 43 oyun, +10=15-18, top fərqi 28-47
21:00. "Qəbələ” – "Xəzər Lənkəran” - 6:0
Qol: Dodo, 1. Fakundi Fereyra, 10;79. Aleksey Qay, 45. Aleksey Antonov, 74. Emin Zets, 89
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu.
Əvvəlki qarşılaşmaları: 26 oyun, +7=6-13, top fərqi 24-36
2 oktyabr (cümə)
AZAL – "Rəvan” - 1:0
Qol: Nuqzar Kvirtiya, 7
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Bakı, AZAL Arena
3 oktyabr (şənbə)
"Zirə” – "Neftçi” - 2:0
Qollar: İqor İvanoviç, 19. Nelson Bonilla, 71
Qırmızı vərəqə: Fəhmin Muradbəyli, 47
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu.