Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanın "İnter" və Moldovanın "Tiraspol" komandaları arasında Bakıda keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün kiprli baş hakimi Marios Panayinin zəngin karyerası var. Sportnet.az-ın məlumatına görə, Panayi 2010-cu ildən həm FİFA hakimi adını alıb, həm də UEFA-nın 2-ci dərəcəli hakimidir.
34 yaşlı referi bugünədək Avroliqasının və Çempionlar Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə edib. Kiprli ədalət təmsilçisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində San Marino - Maldova görüşündə də fit çalıb. Panayi vərəqə göstərməyə meylli hakimdir. O, 17 oyunda 71 dəfə sarı və 5 qırmızı vərəqəyə əl atıb.

Kiprli referi milli komandalarımıza da tanışdır. Panayi 2011-ci ildə 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində millimizin albaniyalı həmyaşıdları ilə oyununda fit çalıb. Komandamız bu görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Gənc baş hakim 19 yaşadək futbolçular arasında 2103-cü ildə baş tutan Avropa çempionatının seçmə mərhələsində də yığmamızın İslandiya və Gürcüstana qarşı oyunlarını idarə edib. Gürcüstanlı həmyaşıdları ilə 1:1 hesablı heç-heçə edən yığmamız İslandiyaya məğlub olub - 1:2.
Qeyd edək ki, Marios Panayi həm də Yunanıstanda restoran sahibidir.