Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsinin son görüşləri keçiriləcək. Sportnet.az-ın məlumatına görə, X turun 3-cü oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin yer aldığı H qrupunda İtaliya artıq birbaşa vəsiqəni təmin etsə də, Norveç və Xorvatiya arasında mübarizə davam edir. Hər iki komanda qrup ikinciliyi uğrunda mübarizə aparır. Onlar səfərdə müvafiq olaraq, İtaliya ilə Maltanın qonağı olacaqlar.
A qrupunda artıq final mərhələsinə vəsiqələrin sahibləri məlumdur. İslandiya və Çexiya üçün son turun görüşü ciddi əhəmiyyət daşımır. "Pley-off"a vəsiqə verən 3-cü yerə isə Türkiyə ilə Hollandiya iddialıdır. "Ay-ulduzlular"ın ən yaxşı qrup 3-cüsü kimi də birbaşa vəsiqə şansları var. Bunun üçün Qazaxıstan səfərdə Latviyanı, Türkiyə isə evdə İslandiyanı yenməlidir. Baş məşqçi Fatih Terimin komandası məğlub olsa, Hollandiya millisi Çexiya üzərində qələbə sayəsində 3-cü pilləni ələ keçirə bilər.
B qrupunda da vəziyyət eynidir. Burada da pley-off-a vəsiqə uğrunda mübarizə davam edir. Son görüşlərin nəticəsindən asılı olmayaraq Belçika və Uels milliləri Fransada keçiriləcək final mərhələsində çıxış edəcəklər. Mübarizə isə Bosniya və Herseqovina və 1 xal gerisində olan İsrail yığmaları arasındadır. Belçikanın qonağı olacaq İsrail mütləq qələbə qazanmalı və ən yaxın izləyicisinin xal itirməsinə ümid etməlidir. Bosniyalılar isə İsrailin xal itirəcəyi təqdirdə, 1 xal sayəsində də "pley-off"a yüksələ bilərlər. Xalların bərabər olacağı təqdirdə, şəxsi göstəricilərə əsasən pley-off-a yüksələcək komanda İsrail olacaq.
A qrupu
23:45. Türkiyə - İslandiya - 1:0
Qol: Selçuk İnan, 89
Baş hakim: Canluka Rokki (İtaliya)
Konya. Atatürk Stadionu
23:45. Hollandiya - Çexiya - 2:3
Qollar: Klas-Yan Huntelar, 70. Robin van Persi, 83 - Pavel Kaderabek, 24. Yozef Şural, 35. Robin van Persi, öz qapısına, 66
Baş hakim: Damir Skomina (Sloveniya)
Amsterdam. "Amsterdam Arena"
23:45. Latviya - Qazaxıstan - 0:1
Qol: İslambek Kuat, 65
Baş hakim: Stiven Maklin (Şotlandiya)
Riqa. "Skonto" Stadionu
Xal durumu: Çexiya - 22, İslandiya - 20, Türkiyə - 18, Hollandiya - 13. Qazaxıstan - 5, Latviya - 5.
B qrupu
23:45. Belçika - İsrail - 3:1
Qollar: Dres Martens, 64. Kevin De Bruyne, 78. Eden Azar, 84 - Tomer Hemed, 88
Baş hakim: Tasos Sidiropulos
Brüssel. Kral Boduen Stadionu
23:45. Kipr - Bosniya və Herseqovina - 2:3
Qollar: Konstantinos Xaralambides, 32. Nestor Mitidis, 41 - Haris Medunyanin, 13; 44. Milan Curiç, 67
Baş hakim: Entoni Teylor (İngiltərə)
Nikosiya. GSP Stadionu
23:45. Uels - Andorra - 2:0
Qollar: Aron Remzi, 50. Qaret Beyl, 86
Baş hakim: Kevin Blom (Hollandiya)
Kardiff. Şəhər stadionu
Xal durumu: Belçika - 23, Uels - 21, Bosniya və Herseqovina - 17, İsrail - 13, Kipr - 12, Andorra - 0.
H qrupu
23:45. Bolqarıstan - Azərbaycan - 2:0
Qol: Mixail Aleksandrov, 20. Dimitar Rangelov, 56
Baş hakim: Tomaş Boqnar (Macarıstan)
Sofiya. Vasil Levski Stadionu
23:45. İtaliya - Norveç - 2:1
Qollar: Alessandro Florentsi, 73. Qratsiano Pelle, 82 - Aleksandr Tetti, 23
Baş hakim: Feliks Brıx (Almaniya)
Roma. "Olimpiko" Stadionu
23:45. Malta - Xorvatiya - 0:1
Qol: İvan Perişiç, 25
Baş hakim: Andre Marriner (İngiltərə)
Ta Qali. Ta Qali şəhər stadionu
Xal durumu: İtaliya - 21. Xorvatiya - 20. Norveç - 19. Bolqarıstan - 11. Azərbaycan - 6. Malta - 2.
Qeyd edək ki, indiyədək 18 ölkə - təşkilatçı Fransa, həmçinin, İslandiya, Çexiya, Belçika, Uels, İspaniya, Slovakiya, Almaniya, Polşa, İngiltərə, İsveçrə, Şimali İrlandiya, Rumıniya, Avstriya, Rusiya, İtaliya, Portuqaliya və Albaniya final mərhələsində iştirak hüququ əldə edib.