Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015 - 2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, ECA-nın "Marketinq və Kommunikasiya qrupu”nda "Neftçi”nin icraçı direktoru Elnur Məmmədov da yer alıb.
İşçi qrupunun üzvləri arasında İspaniyanın "Real Madrid”, İtaliyanın "Milan”, Almaniyanın "Bavariya”, İngiltərənin "Arsenal” kimi klublarının nümayəndələri də var.
"Neftçi”yə ünvanlanmış məktubda ilin sonuna kimi qrup üzvlərinin iştirakı ilə təşkil olunacaq görüşün yeri və vaxtı haqqında əlavə məlumatın veriləcəyi bildirilib.