1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"la "Qəbələ"nin rəqibləri uduzmadı
"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, Ağdam komandasının rəqiblərindən yalnız "Anderlext" qələbə qazana bilib.
Belçika təmsilçisi səfərdə "Varegem"i darmadağın edib - 4:0. Qonaqların heyətində Stefano Okaka (dəq. 14, 53), Stiven Defur (dəq. 45+2 - penalti ilə) və Leander Derdonkker (dəq. 86) fərqlənib. Meydan sahiblərindən isə Leye MBaye ilk yarının uzatma dəqiqəsində iki sarı vərəqə alaraq, meydandan qovulub. 11 turdan sonra "Anderlext" 19 xalla 5-ci pillədə qərarlaşıb.
İngiltərə "Tottenhem"i Yurgen Kloppun rəhbərliyi altında ilk oyununa çıxan "Liverpul"un müqavimətini qıra bilməyib. Londonda qolsuz heç-heçə edən meydan sahibləri 9 turdan sonra Premyer Liqada 14 xalla 7-ci pillədə qərarlaşıb.
"Monako" Fransa I Liqasındakı ev oyununda "Lion"u yenməyi bacarmayıb - 1:1. "Knyazlıq klubu"ndan 39-cu dəqiqədə Mario Paşaliç hesabı açsa da, 84-cü dəqiqədə Rafael qonaqların bərabərlik qolunu vurub. "Monako" 65-ci dəqiqədə Uollasın meydandan qovulması səbəbindən matçı azlıqda başa vurub. Bu nəticədən sonra "Monako" 10 oyundan 14 xalla 10-cu pillədədir.
"Qəbələ"nin rəqiblərinə gəldikdə, "Borussiya" (Dortmund) Almaniya Bundesliqasının IX turunda "Maynts"ı səfərdə məğlub edib - 2:0. Hesabı 18-ci dəqiqədə açan Marko Röys 47-ci dəqiqədə penaltidən yararlana bilməyib. Bununla belə, 82-ci dəqiqədə Henrik Mxitaryan komandasının 2-ci qolunu vurub. "Borussiya" 9 turdan sonra 20 xalla 2-ci pillədədir.
"Krasnodar" Rusiya Premyer Liqasında qeyri-sabit çıxışını davam etdirir. Bu dəfə Oleq Kononovun komandası səfərdə "Anji"ni yenə bilməyib - 2:2. İlk yarıda Uqu Almeyda (dəq. 15) və Yannik Bolinin (dəq. 40) qolları ilə hesabda geri düşən "öküzlər" Rikardo Laborde (dəq. 79) və Arinin (dəq. 80) dəqiq zərbələri sayəsində məğlubiyyətdən xilas olub.
Nəhayət, az öncə başa çatan qarşılaşmada Yunanıstan PAOK-u səfərdə "İraklis" üzərində qələbəni əldən verib - 3:3. Qonaq komandanın qollarını Dimitrios Pelkas (dəq. 35), Dimitar Berbatov (dəq. 65) və Georgios Tsavelyas (dəq.77) vurub. Lakin Berbatov 90-cı dəqiqədə penaltidən yararlana bilməyib. Əvəzində "İraklis" 90+3-cü dəqiqədə bərabərlik qoluna imza atıb. Beləliklə, 7 turdan sonra PAOK 11 xalla 5-ci pillədə yer alıb.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının III turunda "Monako"nun qonağı olacaq. "Qəbələ" isə Bakıda "Borussiya"nı qəbul edəcək.