1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" Diniyevi itirdi
"Kəpəz"in futbolçusu Kərim Diniyev ən azı 2 həftədək sıradan çıxıb. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında "Rəvan"la VIII tur matçı öncəsi məşq zamanı zədələnib.
Tibbi müayinə nəticəsində C.Diniyevin zədəsinin gözləniləndən də ciddi olduğu üzə çıxıb. Həkimlər onun əzələsində yırtıq əmələ gəldiyini bildiriblər. Hazırda zədəsinin müalicəsi ilə məşğul olan gənc yarımmüdafiəçinin bir müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Kərim Diniyev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğludur.