
Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Gəncədə "Kəpəz" "Xəzər Lənkəran"ı, Bakıda isə "İnter" "Rəvan"ı qəbul edib.
Bu oyunlaradək "Kəpəz" əvvəlki 2 turu, "Xəzər Lənkəran" isə ötən matçını qələbə ilə başa vurmuşdu. Baş məşqçi Şahin Diniyevin komandası növbəti qələbəni minimal hesabla qazanıb. Əslən gəncəli olan Lənkəran komandasının baş məşqçisi Yunis Hüseynov isə vaxtilə futbolçu kimi çıxış etdiyi komanda ilə üz-üzə gəlib. Digər tərəfdən, bu, Premyer Liqanın ən böyük azarkeş kütləsinə malik komandalarının qarşılaşması kimi əlamətdar olub. Protokola əsasən, görüşü 18000 tamaşaçı izləyib.
Bu, "Kəpəz”lə "Xəzər Lənkəran” arasında 13-cü oyun olub. Gəncə komandası 2-ci qələbəsini qazanıb. Əvvəlki oyunlardan 10-da Lənkəran təmsilçisi qalib gəlib, daha 1 matç isə heç-heçə ilə nəticələnib. Vurulan qollar nisbətində də cənublular üstünlüyü qoruyublar - 20:9. "Xəzər Lənkəran” ilk 12 oyundan fərqli olaraq, bu dəfə "Kəpəz”in qapısına qol vura bilməyib. Digər tərəfdən, "ağ-yaşıllar"ın 7 matçlıq ardıcıl qələbə seriyasına son qoyulub.
Günün növbəti oyununun iştirakçılarına gəldikdə, "İnter" son 2 matçda, "Rəvan" isə mövsüm başlayandan qələbəyə həsrət qalmış, ardıcıl 5 məğlubiyyətdən sonra qonaq komandanın baş məşqçisi Emin Quliyev istefaya göndərilmişdi. Bugünkü matça "Rəvan" yeni baş məşqçi Bəhmən Həsənovun rəhbərliyi altında çıxıb. Əvvəllər də bir neçə dəfə bu komandanın sükanı arxasında olmuş Həsənovun indi necə debüt edəcəyi maraqla gözlənilirdi. Amma "Rəvan" yenə uduzub. Əvvəlki 8 qarşılaşmanın hamısında qol vuran "İnter” bütün oyunlarda qalib gəldiyi kimi, bu dəfə də ənənəsinə sadiq qalıb - 2:0. ib. Bununla da "İnter" son 7 paytaxt derbisində 2 və ya daha çox qola imza atıb.
Azərbaycan Premyer Liqası, IX tur
24 oktyabr
15:00. "Kəpəz” – "Xəzər Lənkəran” - 1:0
"Kəpəz”: 88. Tadas Simaitis
13. Şəhriyar Rəhimov
3. Tərlan Quliyev
25. Şəhriyar Əliyev
(15. Azad Kərimov, 70)
18. Tural Axundov (k)
8. Budaq Nəsirov
(19. Aleksandr Sitnik, 84)
7. Junior Osvaldo
27. Bəxtiyar Soltanov
(6. Ceyhun Cavadov, 74)
10. Dario Federiko Junior
68. Rəşad Eyyubov
90. Julien Ebah
Ehtiyat oyunçular:1.Eyyub Əliyev
23. Tural Nərimanov
80. Tural Rzayev
4. Elvin Cəbrayıllı
Baş məşqçi: Şahin Diniyev
"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı
7. Sadio Tounkara
8. Elşən Rzazadə
11. Kazım Kazımlı
(9. Orxan Əliyev, 46)
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
27. Adrian Skarlatake
42. Kamran Abdullazadə
(12. İlyas Səfərzadə, 81)
72. Elvin Mirzəyev
97. Elnur Cəfərov
99. Mahsum Qəmbərli
Ehtiyat oyunçular:25. Tərlan Qasımzadə
5. Fərid Əsədov
32. Zaman Mirzəzadə
Baş məşqçi: Yunis Hüseynov
Qol: Dario Federiko, 36
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu, 18000 tamaşaçı
17:00. "İnter” – "Rəvan” - 2:0
"İnter”: 96. Elşən Poladov (k)
3. Xuan Fransisko
5. Denis Silva
6. Laşa Salukvadze
7. Nika Kvekveskiri
10. Elnur Abdullayev
(88. Abdulla Abatsiyev, 66)
17. Mirsahib Abbasov
20. Yuri Fomenko
(15. Stepan Polyak, 72)
22. İlkin Qırtımov
23. Dieqo Martins
(77. Emilian Vila, 89)
24. Fuad Bayramov
Ehtiyat oyunçular:79. Giorgi Lomaya
2. Sərtan Taşkın
9. Limam Seydi
18. Mənsur Nəhavəndi
Baş məşqçi: Zaur Svanadze
"Rəvan”: 32. Kostyantin Maxnovskiy
11. Şeriff Suma
6. Vüqar Bəybalayev
4. Kənan Müslümov
2. Ruslan Tağızadə
13. Cəmşid Məhərrəmov
(99. Nicat Muxtarov, 60)
92. Yamin Ağakərimzadə
17. Ramazan Abbasov (k)
(55. Hüseyn Axundov, 89)
8. Məmməd Quliyev
7. Elvin Həsənəliyev
86. Fərid Quliyev
(22. Məhəmməd Alıyev, 35)
Ehtiyat oyunçular:1. Rəşad Əzizli
97. Anar Həsənov
77. Cavad Kazımov
3. Saşa Yunisoğlu
Baş məşqçi: Bəhmən Həsənov
Qollar: Yuri Fomenko, 32. İlkin Qırtımov, 49
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı, "İnter Arena”, 500 tamaşaçı