1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə"yə AFFA-dan ağır zərbə
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının X turunda baş verən olaylarla bağlı qərarlarını açıqlayıb. Sportnet.az xəbər verir ki, cəzalar turun 5 oyunundan 4-nü əhatə edib.
"Kəpəz”lə matçın 58-ci dəqiqəsində "Zirə”nin futbolçusu Sadiq Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, Quliyev 2 oyunluq cəzaya, klub 2000 manat cəriməyə məruz qalıb. 87-ci dəqiqədə komandanın daha bir futbolçusu Aleksandr Şemonayev ikinci sarı vərəqənin ardından qovulub. O, 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 14-cü dəqiqədə isə baş məşqçi Adil Şükürov texniki zona qaydaların pozduğundan, tribunaya göndərilib. İntizam Komitəsi Şükürovu 1 oyunluq cəzalandırıb, klubunu 1000 manat cərimələyib.
"İnter”lə matçın 36-cı dəqiqəsində "Neftçi”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə edib. Bu, kluba 1000 manat cərimə bahasına başa gəlib. Eyni məbləğdə cərimə kluba 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən tətbiq olunub. Nəhayət, "Qəbələ” ilə matçda AZAL-ın, "Sumqayıt"la qarşılaşmada "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimələnib.